Hesabat açıqlandı: G20-nin lideri Türkiyə oldubackend

Hesabat açıqlandı: G20-nin lideri Türkiyə oldu

G20 ölkələrinin bu ilin ilk rübündə iqtisadi artımı orta hesabla yüzdə 0,9 olarkən, Türkiyə bu dövrdə yüzdə 2,4 ilə G20 ölkələri arasında ən yüksək iqtisadi artıma malik ölkə olub.

KONKRET.az xəbər verir ki, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının açıqladığı məlumata görə, G20 ölkələrində iqtisadi artım əvvəlki rübdəki 0,7 faizlə müqayisədə bir qədər artıb.

İqtisadi göstəricilərin hərəkətverici qüvvəsi Çin və Hindistan iqtisadiyyatları olub. Çin, Hindistan, Türkiyə, Səudiyyə Ərəbistanı, Cənubi Koreya və İndoneziyada ümumi artım G20-dən daha yüksək olub.

G20 ölkələri arasında 2,4 faizlə ən yüksək iqtisadi artım əldə edən ölkə Türkiyə olub. Sonrakı yerlərdə 1,9 – Hindistan, 1,6  – Çin, 1,4 – Səudiyyə Ərəbistanı, 1,3 – Cənubi Koreya və nəhayət, 1,2 faizlə İndoneziya qərarlaşıb.

Səudiyyə Ərəbistanında iqtisadiyyat keçən ilin son rübündə 0,6 faizlik daralmadan sonra bu ilin birinci rübündə bərpa olunub. ABŞ iqtisadiyyatı bu ilin birinci rübündə 0,3 faiz artıb ki, bu da əvvəlki rübdəki 0,8 faiz artımla müqayisədə yavaşladığını göstərir.

İqtisadiyyat Yaponiyada 0,5 faiz, Cənubi Afrikada isə 0,1 faiz azalıb. Braziliya, İngiltərə və Almaniya 2023-cü ilin son rübündəki daralmadan sonra bu ilin birinci rübündə iqtisadi canlanmanın görüldüyü ölkələr olub.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*