Həsən Kürü intihara vadar edən dəhşətli səbəbbackend

Həsən Kürü intihara vadar edən dəhşətli səbəb

Xəbər verdiyimiz kimi, gənc şair Həsən Kür fevralın 22-də intihara cəhd edib. Onun “maddi çətinliyə görə” bu yola əl atdığı bildirilirdi.

KONKRET.az xəbər verir ki, mənbənin kult.az-a verdiyi məlumata görə, Həsən Kürün külli miqdarda qumar borcu olub. Həmin gün “Sevinc Moll” ticarət mərkəzində də borclu olduğu şəxs və ya şəxslərlə görüşə gedib.

İddia edilir ki, Həsən Kür intihara cəhd edən zaman qumarda borclandığı şəxs də yaxınlıqda olub.

Qeyd edək ki, Həsən Kür Aprel savaşı və İkinci Qarabağ müharibəsinin iştirakçısıdır, istedadlı şairdir.

TƏBİB-in yaydığı son məlumata görə, Həsən Kürün vəziyyəti ağırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*