Həyat yoldaşı tərəfindən yandırılan qadın xəstəxanada öldübackend

Həyat yoldaşı tərəfindən yandırılan qadın xəstəxanada öldü

Xəstə oktyabrın 6-da bədəninin 75%-in yanması diaqnozu ilə xəstəxanaya gətirilmişdi.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Nur-Sultan şəhərində Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda bir ay əvvəl əri tərəfindən yandırılan qadın ölüb. Bu barədə müxbirimizə tədqiqat institutunun mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, ailə münaqişəsindən sonra kişi arvadını boş bir yerə, çöllüyə aparmış, üzərinə benzin tökərək od vurmuşdu.

Daha əvvəl ölən qadının qohumları ailədə tez-tez münaqişə yarandığını söyləmişdilər. Zərərçəkənin anası Damegül Kaşaganova qızı və kürəkəni arasında anlaşılmazlıq dövrünün olduğunu etiraf etmişdi. Faciədən iki gün əvvəl ailə başçısı qayınanasına zəng edərək boşanmaq üçün ərizə verəcəyini söyləyibmiş: “Səbəbini söyləmədi, ancaq “insan kimi ayrılmaq” niyyətində olduğuna əmin etdi”. Cütlüyün altı uşağı var, ən böyüyü 16 yaşındadır.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*