“Həyat yoldaşımın iştirakı ilə heç bir ziyafət olmayıb” – Paşinyanbackend

 “Həyat yoldaşımın iştirakı ilə heç bir ziyafət olmayıb” - Paşinyan

“Bildiyimə görə, tədbir əsasən müharibədə həlak olan hərbçilərin anaları üçün təşkil olunub”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Lori və Tavuşda daşqın baş verən günü həyat yoldaşı Anna Akopyanın əyləncə məclisində iştirakı məsələsinə münasibət bildirərkən deyib.

O bildirib ki, sözügedən tədbir 5-6 ay əvvəl planlaşdırılıb.

“Mən bildiyimə görə, tədbir həlak olan hərbçilərin analarına mənəvi dəstək vermək, onların könlünü almaq məqsədilə təşkil olunub. İstənilən vətəndaş geyiminə, harda iştirak edib-etməyəcəyinə özü qərar verə bilər”, – deyə Paşinyan bildirib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*