Həyat yoldaşınızla eyni otaqda bir neçə həftə qalmaq kabus ola bilərmi? – Polşa jurnalisti yazırbackend

Həyat yoldaşınızla eyni otaqda bir neçə həftə qalmaq kabus ola bilərmi? – Polşa jurnalisti yazır

Həyat yoldaşınızla eyni otaqda bir neçə həftə qalmaq bir çox cütlük üçün kabus ola bilər. Çox az və nadir hallarda ünsiyyət quran bir çox qeyri-kamil və ya sağlam olmayan ailələr var. Çində artıq boşanmaların sayı artır. Və polyakları nə gözləyir?

KONKRET.az xəbər verir ki, bu fikirləri Polşanın “Gazeta Wyborcza” nəşrində Eliza Mixalik yazıb.

“Əgər cütlüklər və bütün ailələr özlərini bir neçə həftədir evlərinə bağlayırlarsa bu gözlənilməz nəticələrə səbəb olacaq.

Həqiqət budur ki, günlərlə davamlı birgə qalmaq hətta bir-birlərini sevən və yüksək mədəniyyət səviyyələri ilə fərqlənən cütlüklərə mənfi təsir edə bilər. Üstəlik, Polşada ideal adlandırıla bilməyən bir çox ailəmiz və birliklərimiz var (bildiyiniz bir neçə yaxşı ahəngdar cütlüyü xatırlamağa çalışın).

Sehirbaz olmağa ehtiyac yoxdur, bu insanların hamısı bir ay və ya daha çox bir ərazidə 60 metrdən çox olmayan iki otaqlı bir evdə, uşaqları və heyvanları ilə birlikdə yaşasalar, nə olacağını təsəvvür etmək (əsasən polyaklar belə yaşayır) çətin deyil.

Çindən gələn xəbərlərə görə koronavirus epidemiyaları boşanmaların sayını artırıb. Çoxları üçün günlərini həyat yoldaşı ilə eyni dam altında keçirmək travmatik bir təcrübə idi …

Polşa kontekstində yalnız gələcək boşanmaların göstəricisi artmır, həm də günlərdir kilidlənən ailələr çərçivəsində cinayətlər törədilir.

Əlbəttə, evdə qalmağın müsbət tərəfləri də var.  İnsanlar həqiqi yaxın əlaqələr qura, istirahət edə, güclərini bərpa etmək üçün daha çox vaxt qazana bilərlər..

Sosial şəbəkələrdə yazışmaq, kitab oxumaq və əllərinizin uzun müddətə çatmadığı filmlərə baxmaq da yerinə düşər. Nəticədə, bu, bəzi cütlüklərin bir-birinə münasibətini yaxşılaşacaqdır. Sonda isə ilk dəfə həyat yoldaşınızı yaxından tanımaq və həqiqətən böyük bir insanla yaşadığınıza qərar vermək imkanınız olacaq.

Beləliklə, bütün bunlar Polşa ailələrində də baş verə bilər. Həqiqətən necə olacaq? Zaman hər şeyi göstərəcək…”.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*