Aktyor Elməddin Cəfərov çəkiliş məkanında yaşadığı ən ağır anları bölüşüb.
KONKRET.az axşam.az-a istinadən bildirir ki, aktyor “Qış nağılı” filmində yaşadığı çəkinliyi danışıb. “İzzət şou”da qonaq olan Elməddin bildirib ki, filmdə çox sayda aktyor yer alıb:
“İki bölüm etdilər, bir olmalı idi. Azərbaycanda çəkilən ən bahalı film idi. Həyatımın ən ağır çəkiliş günü olub. Mənim çəkilişim 8 gün olmalı idi. Getdim Qəbələyə, dörd-beş günü məni çəkmədilər. Rejissora dedim ki, birigün gedirəm Bakıya. Çəkiliş günlərini qabağa çəkək. 28 saat dayanmadan çəkildim. Yemək yeyə-yeyə çəkilirdim. Hamı elə bilir rol xatirinə yeyirəm, amma doğrudan yeyirdim. Bircə əl yumağa çıxırdım”.