Heydər Babayevin ailə şirkəti tam çökür – daha 7 firması bağlandıbackend

Heydər Babayevin ailə şirkəti tam çökür - daha 7 firması bağlandı

Bir müddət əvvəl Babayevlər “Standard Insurance”ın rəhbərliyindən də uzaqlaşdırılıb

“AB Standard” QSC-yə daxil olan, eləcə də bu holdinqlə əlaqəli 7 şirkət ləğv olunduğunu elan edib.

Konkret.az “Report”-a istinadən  xəbər verir ki, söhbət “AB Trading”, “AB Travel”, “AB Skybell”, “Masalt”, “Avto Şop”, “Standard Futbol Klubu” MMC-lərdən, eləcə də “AB Service” firmasından gedir. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 25, mənzil 54 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “AB Standard” şirkətlər qrupu 2002-ci ildə yaradılıb. Bu holdinqə ləğv prosesində olan “Bank Standard” QSC, fəaliyyətdə olan “Standard Insurance” Sığorta Şirkəti ASC, Standard Lizinq MMC, qiymətli kağızlar bazarındakı yeni qaydalarla əlaqədar fəaliyyətini dondurmuş “Standard Kapital” MMC daxildir. Şirkətlər qrupunun sahibi sabiq iqtisadi inkişaf naziri Heydər Babayev və onun ailə üzvləridir.

Marja.az qeyd edir ki, bir müddət əvvəl Babayevlər “Standard Insurance”ın rəhbərliyindən uzaqlaşdırılıb. Sığorta şirkətinin Direktorlar Şurasının sədri Babayev Rəhman Əlifağa oğlu vəzifədən gedib. Onu bu vəzifədə Məmmədov Nicat Məhərrəm oğlu əvəz edib. Həmçinin Heydərov Oruc Heydər oğlu və Babayev Emin Heydər oğlu Direktorlar Şurasının üzvlüyündən çıxarılıb.

“AB Standard” QSC ile ilgili görsel sonucu

Sabiq iqtisadi inkişaf naziri Heydər Babayev mərhum prezident Heydər Əliyevin vaxtında yüksək dövlət vəzifəsinə gətirilən məmurlardan biri idi. 1997-ci ildən Rusiyadakı “Mostbank”ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləyən Heydər Babayev 1999-cu ildə Heydər Əliyev tərəfindən Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdu. Və o, 2005-ci ilin oktyabrınadək bu vəzifədə çalışdı. Vəzifədə olduğu müddətdə qeyri-rəsmi şəkildə həm də bizneslə məşğul olan Heydər Babayev “ABU” şirkətlər qrupunu yaratmışdı.

2005-ci il oktyabrın 19-da Heydər Babayev prezident İlham Əliyev tərəfindən yeni vəzifəyə – iqtisadi inkişaf naziri postuna təyin olundu. Amma cənab Babayev bu nazirlikdə çox işləyə bilmədi. 2008-ci il oktyabrın 30-da Heydər Babayev iqtisadi inkişaf naziri vəzifəsindən azad olundu.

“AB Standard” QSC ile ilgili görsel sonucu

Məlumdur ki, 2016-cı ilin sentyabrında ölkənin ən iri banklarından olan “Bank Standart” ASC-nin lisenziyası ləğv olunub.  “Bank Standart” sabiq iqtisadi-inkişaf nazirinin rəhbərlik etdiyi “AB Standart” Holdinqə daxil idi.  Holdinqin tərkibində  “Bank Standard” QSC, “Standard İnsurance” MMC, “AB Legal Consulting Group” MMC, “Standard Lizinq” MMC, “Standard Capital” MMC, “Standard Football Club” MMC, “Dərngül boru zavodu” və “Lənkəran Mehmanxana” a da vardı. “Standard” futbol klubu 2016-cı ildə Bakı şəhərində yaranmışdır.

“AB Standard” QSC ile ilgili görsel sonucu

Bu komanda futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak edib.Komandanın adı daha sonra “Standard Bakı” adlandırılıb. 2009/10 mövsümünün yekunlarına əsasən komanda 1-ci Divizyona düşdü. Lakin 2010-cu ildə  Standard 1-ci Divizyonda iştirakdan imtina etdi. Futbolçulara azad agent statusu verildi. Komanda dağıldı. Yəni “Standard Football Club” MMC çoxdan fəaliyyətsiz idi və bu ləğvetmə yalnız faktın fiksiyasıdır.

Artıq neçə illərdir ki, H.Babayevin bütün əmlakını satıb ölkədən getmək istədiyi barədə iddialar yayılır.  Bildirilirdi  ki, H.Babayevin özünün  100 milyon manatdan çox borcu var ki,  buraya  “Standard Bank”ın müştərilərinə olan borcu daxil deyil.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*