Heydər Əliyev Fondunun təşkilatçılığı ilə möhtəşəm konsert gecəsi – VİDEObackend

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə möhtəşəm konsert gecəsi - VİDEO

Bu gün  “Yaşıl Teatr”da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə unudulmaz yay  gecəsi yaşanıb. 

KONKRET.az xəbər verir ki, iki saata yaxın davam edən və anşlaqla keçən konsert proqramı dünyaşöhrətli opera və estrada müğənnisi, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuşdu.

Azərbaycan, Gürcüstan, Rusiya, İtaliyadan və s. tanınmış müğənnilərin iştirakı ilə dahi müğənninin xatirəsi anılıb, həm də ötən illərin nəğmələrinin sədasında nostalji hisslər yaşanıb.

Səhnə tərtibatı, ümummilli lider Heydər Əliyevin Müslüm Maqomayev haqqında çıxışının əks olunduğu videoçarx, Müslüm Maqomayevin özünün Azərbaycan barədə fikirləri, vaxtı ilə Nizami roluna çəkilməsinə dair kadrlar, onun repertuarından ölməz əsərlərin yenidən səhnədə səslənməsi tamaşaçılara unudulmaz ab-hava yaşadıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*