Heydər Əliyev Sarayının binasında əsaslı təmir işləri ilə bağlı tender elan olunub.
KONKRET.az Teleqraf.com-a istinadla xəbər verir ki, tenderdə ehtimal olunan qiymət 90 milyon 413,96 min manatdır.
Tenderlə bağlı təkliflərin son təqdim olunma vaxtı 12 fevral 2025-ci ildir. Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə və iştirak haqqı ödəməlidirlər. İştirak haqqı 180.83 manat, istifadə haqqı isə 25 manatdır.