Heydər Əliyev sovet dövründə ermənilərin Qarabağdakı bu gizli fəaliyyətini İFŞA EDİBbackend

Heydər Əliyev sovet dövründə ermənilərin Qarabağdakı bu gizli fəaliyyətini İFŞA EDİB

Keçmiş SSRİ də çar Rusiyası kimi ermənilərin ən güclü havadarı və himayəçəsi idi. Bu baxımdan bu nəhəng imperiyaya rəhbərlik edənlərdən biri kimi Heydər Əliyevə erməniləri Azərbaycana qarşı fəaliyyətinə çıxış etmək elə də asan olmayıb. Bununla belə ulu öndər keçmiş sovet ittifaqında tutduğu bütün vəzifələrdə bu istiqamətdə daim mübarizə aparıb.

KONKRET.az xəbər verir ki, sovet dövründə erməni millətçiləri imkan düşdükcə Azərbaycan torpaqlarına əsassız iddialar irəli sürürdülər.

Ancaq Heydər Əliyev Dağlıq Qarabağın tarixini, coğrafiyasını, iqtisadiyyatını, orada yaşayanların düşüncələrini gözəl bilirdi. Hələ Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri olarkən erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısı qətiyyətlə alırdı. Belə ki, Heydər Əliyev 1967-ci il iyunun 26-da Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundova məktubunda yazıb ki, iyunun 23-dən 24-nə keçən gecə Xankəndidə bəzi küçələrdə erməni dilində 8×9 sm ölçüdə 300 vərəqə yayılmışdır. Həmin vərəqələrdə ermənilər tərəfindən Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi tələb edilir və millətçi fikirlər irəli sürülürdü. Məktubda qeyd edilirdi ki, vərəqənin müəlliflərini axtarıb tapmaq, eləcə də digər lazımi tədbirləri görmək üçün Xankəndiyə əməliyyat qrupu göndərilmiş və təqsirkarlar ciddi cəzalandırılmışlar. Həmin ildə təkcə Dağlıq Qarabağda 1200-dən artıq belə vərəqə hazırlanıb yayılmışdı. Qısa müddət ərzində belə vərəqələri hazırlayanlardan 13 nəfər, yayanlardan isə 17 nəfər saxlanılmışdı.

1967-ci ilin əvvəllərində erməni millətçiləri tərəfindən əvvəlcədən hazırlanan plana əsasən Dağlıq Qarabağda milliyyətcə erməni olan şəxs qətlə yetirilmişdi. Planın ikinci mərhələsinə uyğun olaraq xüsusi erməni təhrikçilərinin rəhbərliyi altında kütlə bu ölüm hadisəsi ilə bağlı məhkəmə iclasının keçirildiyi kinoteatrın zalına girərək şübhəli şəxs kimi həmin prosesdə dindirilən 2 azərbaycanlını zorla mühafizəçilərin əlindən alıb xüsusi amansızlıqla öldürürmüşdülər. Təqsirləndirilən, lakin sonradan bəraət almış digər azərbaycanlı isə dustaq maşını ilə birlikdə yandırılmışdı. Burada əsas məqsəd hadisələri qızışdırıb milli zəmində qarşıdurma törətmək, nəticədə azərbaycanlıların bütün Qarabağ ərazisindən köçürülməsini və ərazinin Ermənistana birləşdirilməsinin təməlini qoymaq idi. Lakin Azərbaycan təhlükəsizlik orqanlarının, xüsusilə ümummilli liderin çevik müdaxiləsi nəticəsində bu hadisələrin qarşısı qısa müddətdə alınmışdı. İşin istintaqını Heydər Əliyev şəxsən öz nəzarətinə götürmüşdü. Hətta bu məqsədlə Xankəndiyə gedərək 15 gün orada qalmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*