1 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd olan sabiq kənd təsərrüfatı naziri, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədovun görüşündə qalmaqal yaşanıb.
KONKRET.az-ın əldə etdiyi məlumata görə, Heydər Əsədovun seçicilərlə növbəti görüşünə nəzərdə tutulan sayda vətəndaş gəlməyib.
Heydər Əsədov görüşə adam toplaya bilmədiyi üçün yaşlı nəslin nümayəndələrinə yaxınlaşaraq, onlarla fotolar çəkdirib.
Heydər Əsədov yaşlı vətəndaşlara yaxınlaşaraq, onlara əl uzadıb. Ancaq sözügedən şəxslərdən bir neçəsi Heydər Əsədovla görüşdən imtina ediblər.
Nəticədə rektor namizəd pərt olaraq, görüşünü yarımçıq bitirib.//Demokrat.az
Halal olsun Şirvan xalqına elədə olmalıdı yaxşı ki salamı götürməyiblər gərək hələ təhqir də desinlər ki , ay axmaq indiyə qədər harada ölmüşdü gəlmirdi indi səs toplamaq lazımdı hamı hər yerdə elə rtməlidi