Həyəcandan ürəyi dözmədi – 23 yaşlı qız toy günü öldübackend

Həyəcandan ürəyi dözmədi - 23 yaşlı qız toy günü öldü

Dağıstanda 23 yaşlı qız toy günü həyəcandan ölüb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Mash Teleqraf kanalı yayıb.

Məsələ burasındadır ki, uşaqlıqdan bəri Zarema ürək problemi yaşayıb, tez-tez onu böyüdən nənəsinə ağrıdan şikayət edib və toy günü səhhəti kəskin şəkildə pisləşib.

Mərasimdən əvvəl gəlin narahat olub, huşunu itirib. Qohumları ona bir həb verib, ancaq daha da pisləşib.

Bundan sonra Zaremanın qan təzyiqi kəskin şəkildə aşağı düşüb və xəstəxanada insult diaqnozu qoyulub. Qız bir müddət sonra vəfat edib. Nişanlısı onu görməyə vaxt tapmayıb, xəstəxanaya gələndə artıq o, ölübmüş.

Babək Göyüş                                                                                

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*