Dini kitablarda Nəmrud adlı şər hğkmdardan bəhs edilir. Türk tarixçilərinə görə Nəmrud indiki Urfa ərazisində yaşayıb.
Bir zamanlar Nəmrud Nuhun nəvəsi və Şumer kralı olub. İslam mənbələrinə görə zalım kral olan Nəmrud Həzrəti İbrahimi oda atdırıb. Nəmrud doğulmadan öncə, atası yuxusunda doğulacaq oğlunun onu öldürüb hakimiyyəti ələ alacağını görür. Atası krallıqdakı bütün oğlan uşaqlarının öldürülməsini əmr edir. Nəmrud isə doğulanda çayın kənarına atılır. Nəmrud bir aslan tərəfindən tapılır və bəslənilir. İllər keçdikdən sonra böyüyən Nəmrud özünə dəstə toplayır və kral olduğunu bilmədiyi atasını taxdan salaraq hakimiyyətə gəlir. İblisdən cadügərliyi öyrənən Nəmrud ulduzlardan bir peyğəmbərin doğulacağını və hakimiyyəti ələ alacağını öyrənir. Nəmrud ölkədəki bütün oğlan uşaqlarının öldürülməsini əmr edir. Həzrəti İbrahim doğulanda gizlincə bir mağarada gizlədilir və orada böyüyür. Böyüdükdən sonra öz evinə dönür və atası Azər tərəfindən Nəmruda təqdim edilir. Nəmrud çox qəddar hökmdar olduğu üçün hamı ondan çəkinirdi. Xalq onun qorxusundan Həzrəti İbrahimin dini çağırışlarına cavab vermirdi.
Günlərin birində Hz.İbrahim Nəmrudun yanına gedərək onu da dinə dəvət edir. Ancaq Nəmrud ölkədəki tək Tanrının özü olduğunu bildirir və Allaha qarşı çıxır. Bundan sonra Hz. İbrahim Rəbbinin ölünü dirildə biləcəyini deyir. Nəmrud ölüm cəzasına məhkum edilmiş iki məhkumu çağırır və birini oradaca öldürür, digərini isə sərbəst buraxır. Sonra üzünü Hz. İbrahimə tutaraq özünün Allah olduğunu bəyan edir. O bir insana həyat verdiyini, digərini isə öldürdüyünü deməklə Tanrı olduğunu sübut etmək istəyir. İbrahim buna cavab olaraq deyir ki, Rəbbi daha qüdrətlidir. Çünki O, Günəşi Sərqdən çıxarıb Qərbdə batırıra bilir. Peyğəmbər Nəmruddan bunun əksini etməsini istəyir. Nəmrud bunu təbii ki edə bilmir və buna çox əsəbiləşir.
İbrahimin dövründə xalq bütlərə ibadət edirdi. İbrahim xalqı Allaha inanmağa dəvət edirdi. Bunu görən Nəmrud İbrahimi oda atmağa əmr edir. Onun əmri ilə böyük bir tonqal üçün odunlar daşınmağa başlanılır. Ora odun daşımağa aparılan dəvələr odunun İbrahimi yandırmaq üçün aparıldığını biləndə öz yüklərini yerə atırlar. Ancaq qatırlar bunun əksini edir və Hz. İbrahim qatırlara lənət oxuyur. Tonqal üçün bir il ərzində odunlar daşınır və ilin tamamında tonqal hazır olur. Nəmrud tonqalın hər yerdən görülməsini istəyirdi.
Beləliklə, dağ boyda olan tonqal yandırılır və İbrahim ora atılmaq üçün gətirilir. Nəmrud və tərəfdarları buna sevinsə də, İbrahim tərəfdarları gizlində ağlayırdı. Tonqalın istiliyi çox olduğuna görə heç kəs ona yaxın dura bilmirdi. Ona görə də ilkin cəhddə İbrahimi oda atmaq mümkün olmadı. Bunu görən şeytan Nəmrudun qarşısına keçir və ona, İbrahimi mancanaqla oda atmağını deyir. Nəmrudun əmri ilə dərhal bir mancanaq düzəldilir. İbrahim mancanağın üstünə qoyulur və tonqala atılır. Bu zaman Allahın əmri ilə od dörd istiqamətə geri çəkilir və İbrahimin düşdüyü yer yaşıl bir məkana çevrilir. Bunu görən Nəmrud dəhşətə gəlir və sarayda gizlənir. Bu hadisədən sonra üç gün saraydan çıxmayan Nəmrud daha da azğınlaşaraq Allaha qarşı ordu yığmağa başlayır.
Uca Allah yaratdığı canlılar arazında ən zəifi olan milçəkləri Nəmruda qarşı göndərir. Ordudakı əsgərlərin üz-gözünə daraşan ağcaqanadlar ordunu pərən-pərən salır və Nəmrud axırda yalnız qalır. Sarayda gizlənən Nəmruda qarşı Allah ən zəif ağcaqanad göndərir. Həşərat Nəmrudun burnundan girərək beyninə qədər gedir və gəmirməyə başlayır. Şiddətli ağrılara dözə bilməyən Nəmrud ancaq başına vurmaqla sakitləşə bilirdi. Ağrılara dözə bilməyən Nəmrud axırda onun başına toxmaqla vurmaq üçün xüsusi adamlar tutur. Hər dəfə ağcaqanad beynini gəmirəndə başından toxmaqla vurulan Nəmrud aldığı zərbələr nəticəsində ölür.
Hazırladı: İqbal Rzayev,
KONKRET.az
Mənbə: “İyi fikir”