Hikmət Hacıyev Fələstin səfiri ilə görüşdübackend

Hikmət Hacıyev Fələstin səfiri ilə görüşdü

Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasser Abdul Kərim ilə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında görüş keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkədəki hesabında paylaşım edilib.

Səfir N.A.Kərim ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar göstərilən səmimi qəbula görə Hikmət Hacıyevə təşəkkürünü bildirib.

Görüş zamanı, həmçinin iki dost ölkə, Fələstin və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və gələcək perspektivlər barədə geniş fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*