Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-nin canlı efirində qonaq olub.
KONKRET.az xəbər verir ki, o, dekabrın 7-də iki ölkənin birgə bəyanat yayaraq, sülh gündəmini irəli sürməsini etimad quruculuğu tədbirlərini həyata keçirmək niyyətləri ilə əlaqələndirib.
“Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamağa hazırdır. Bu səbəbdən Azərbaycan da beş fundamental prinsip və sülh müqaviləsinin mətnini təklif edib. Hazırda Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlar çərçivəsində diplomatik öhdəliklər var. Hesab edirəm ki, Azərbaycan və Ermənistan müsbət gündəmlə dünyanı təəccübləndirməyi bacarıb”.