Xəbər verdiyimiz kimi Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin olunub.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Mirzəyev eyni zamanda, Quru Qoşunların komandanı vəzifəsini tutacaq.
Hikmət Mirzəyevin təyinatından sonra onun arxiv görüntüləri yenidən gündəm olub. 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından olan general-leytenant Hikmət Mirzəyevin gənclik illərinin fotoları maraqlı müzakirələrə səbəb olub.
Fotoların 1993-cü ildə Birinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Taborun heyəti arasında çəkildiyi iddia edilir.
Uğurların bol olsun ,vətən oölu!
Sən əjdahasan.
Daha yüksək vəzifəyə layiqdir.
772 saylı Xüsusi təyinatlı taborun plası olmalıdı bura.
Canavar oğullar hər zaman olub ,vahid komandanlığın zəif olması işimizi axsadib yoxsa erməni bizim torpaqlarda at oynada bilməzdi!Allah qorusun!🙏🏻
Vətənpərvər oğullarımızın hamıs vəzifəyə layiqdir Hikmət Müəllim başda olmaq şərti ilə.
Allah İlham əliyevi qorusun.