Hindistan Müdafiə Nazirliyi ABŞ-la silah tədarükü üzrə danışıqların dondurulduğuna dair yayılan məlumatları “yalan və saxtalaşdırılmış” adlandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə The Economic Times nəşri Hindistan Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
Qurumun nümayəndələri bildirib ki, bütün müdafiə satınalmaları əvvəlcədən müəyyən edilmiş prosedurlara uyğun olaraq adi rejimdə davam edir və heç bir fasilə yoxdur.
Natiq Səlim,
KONKRET.az