“Hindistan bülbülü” dünyasını dəyişdibackend

“Hindistan bülbülü” dünyasını dəyişdi

Hindistan kinematoqrafiyasının kadrarxası məşhur müğənnisi, bəstəkar və aktrisa Lata Manqeşkar 92 yaşında dünyasını dəyişib.

KONKRET.az NDTV-yə istinadən xəbər verir ki, Mumbay xəstəxanasında müalicə alan sənətçi koronavirusdan vəfat edib.

Manqeşkar Hindistanın əfsanəsi və Bollivudun Qızıl dövrü adlanan – 1950-1970-ci illərin simvollarından biri hesab edilir. Ölkəsində o, “Hindistan bülbülü” və “Melodiya kraliçası” adlandırılır. Müğənni filmlərdə 30-dan çox hind dilində, o cümlədən hindi, marathi və benqal dillərində mahnılar səsləndirib. O, çoxsaylı kino mükafatlarının sahibidir. Manqeşkar 2001-ci ildə Hindistanın ən yüksək qeyri-hərbi mükafatı olan “Bharat ratna” ilə təltif edilib.

Lata Manqeşkar “Avara”, “Cənab 420”, “Bobbi”, “Qisas və qanun”, “Qanq, sənin suların bulanıb” kimi məşhur filmlərin mahnılarını səsləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*