Hindistan Ermənistana qanadlı raketlər göndərməyə hazırlaşırbackend

Hindistan Ermənistana qanadlı raketlər göndərməyə hazırlaşır

Ermənistan silahlandırılır və sülhə mane olan qüvvələr düşmən ölkənin silahla təhciz edilməsi üçün dəridən-qabıqdan çıxır. Silah üçün Hindistana üz tutan növbəti silah partiyası üçün danışıqlara başlamağa hazırlaşır.

KONKRET.az xəbər verir ki, Hindistan bu dəfə Ermənistana raket sistemlərini satmağı planlaşdırır.

Bu barədə Hindistan Müdafiə Nazirliyinin tabeliyində olan Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı məlumat yayıb. Hindistan ermənilərə səsdən iti qanadlı “BrahMos” raketi və “Pralay” qısa mənzilli ballistik raketi tədarük etmək üçün müqavilə imzalamağa hazırdır.

Qeyd edilir ki, “Pralay” raketinin uçuş məsafəsi 150-500 km, “BrahMos” raketi isə 290 km-ə qədərdir.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*