Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asifin “X” sosial şəbəkəsindəki hesabı Cammu və Kəşmirin Pahalqam bölgəsində törədilən terror aktından sonra Hindistan hökuməti tərəfindən bloklanıb.
KONKRET.az xəbər verir ki, Hindistan hökuməti “Dawn” və “Geo News” da daxil olmaqla, Pakistanın 16 aparıcı media qurumunun “YouTube” kanallarına girişə məhdudiyyət qoyub.
Bu, tərəflər arasında gərginliyi bir az da artırıb.
Aynurə İsmayıl
KONKRET.az