Hindistan şəkər ixracına məhdudiyyəti daha bir il artırdıbackend

Hindistan şəkər ixracına məhdudiyyəti daha bir il artırdı

Hindistan ölkədə istehsal olunan şəkərin ixracına məhdudiyyət müddətini 2023-cü ilin oktyabrınadək uzadıb.

KONKRET.az xəbər verir ki, bu barədə Hindistan hökumətinin bugünkü qərarında deyilir.

Qeyd edək ki, Hindistan şəkər ixracına məhdudiyyəti iyunun 1-də altı aylıq müddətə tətbiq etmişdi. Məhdudiyyət çərçivəsində 10 milyon ton şəkər ixracına icazə verilib.

Hindistan dünyanın ən iri şəkər istehsalçısı və ixracatçısı hesab olunur. 2021-2022-ci təsərrüfat ilində ölkədə 50 milyon tondan çox şəkər qamışı, 35,7 milyon ton şəkər çuğunduru istehsal olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*