Bazar günü Hindistan yeni uzunmənzilli hipersəs raketini uğurla sınaqdan keçirib.
KONKRET.az CNN-ə istinadən xəbər verir ki, yeni raket 1500 kilometrlik məsafədəki hədəfi rahatlıqla vura bilmək qabiliyyətinə malikdir.
Sınaq atışlarının Odişa əyalətinin şərq sahillərindəki Dr APJ Abdul Kalam adasından baş verdiyi bildirilir. Hindistanın müdafiə naziri Rajnath Singh, “X” sosial şəbəkəsində yeni raketin sınağını tarixi nailiyyət adlandırıb. Onun sözlərinə görə Hindistan qabaqcıl texnologiyalara malik ölkələr sırasına daxildir.
Vəli Həsənoğlu,
KONKRET.az