Hindistana kimyəvi maddə daşıyan Yapon gəmisi vuruldubackend

Hindistana kimyəvi maddə daşıyan Yapon gəmisi vuruldu

Şənbə günü Hindistan sahillərində batan Yaponiyaya məxsus kimyəvi tanker “İrandan buraxılan” pilotsuz təyyarə ilə hücuma məruz qalıb.

KONKRET.az xəbər verir ki, İsrail HƏMAS müharibəsi başlayandan bəri Pentaqon ilk dəfədir İranı gəmilərə birbaşa hücum etməkdə ittiham edir.

Pentaqonun bəyanatında bildirilir ki, Hind okeanına hücum yerli vaxtla saat 10 radələrində baş verib və gəminin göyərtəsindəkilərdən heç kəs xəsarət almayıb.

Xatırladaq ki, PUA-nın hərbi gəmiyə hücumu Hindistan sahillərindən 370 kilometr aralıda baş verib. ABŞ Müdafiə Nazirliyinin bəyanatında daha sonra bildirilir ki, “MV Chem Pluto” hərbi gəmisi Yaponiya şirkətinə məxsus olsa da, Liberiya bayrağı altında üzüb və Hollandiya qurumu tərəfindən idarə olunub. Ambrey dəniz təhlükəsizliyi şirkətindən bildirilib ki, kimyəvi maddələr daşıyan tanker İsraillə əlaqəlidir və Səudiyyə Ərəbistanından Hindistana gedirmiş. Son zamanlar Qırmızı dənizdə İsraillə əlaqəli gəmilərə hücumlar tez-tez baş verir. Yəmən husiləri məsuliyyəti öz üzərlərinə götürərək, hərəkətlərini İsrailin Qəzza zolağına hücumlarına etiraz olaraq izah ediblər. Eyni zamanda, İranın köməyinə ehtiyac olmadığını vurğuladılar.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*