Hindistanda “Dünya Gözəli” seçildi – qalib Tailanddan olan Suçata Çuangsri oldubackend

Hindistanda “Dünya Gözəli” seçildi - qalib Tailanddan olan Suçata Çuangsri oldu

Hindistanda beynəlxalq gözəllik müsabiqəsi “Dünya Gözəli” keçirilib. Qalib Tailand nümayəndəsi Suçata Çuangsri olub və o, dünyanın ən gözəl qızı seçilib.

KONKRET.az xəbər verir ki, ikinci yeri Efiopiyadan olan Hasset Dreej Admassu tutub, üçüncü yer isə Polşa nümayəndəsi Maya Klayda tərəfindən qazanılıb.

Müsabiqə ənənəvi olaraq müxtəlif ölkələrdən gələn iştirakçıları bir araya gətirir və onları yalnız gözəlliklərinə görə deyil, həm də istedadlarına, zəkalarına və ictimai fəallıqlarına görə qiymətləndirir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*