Hindistanda istilik elektrik stansiyasında partlayış: ölənlər və yaralananlar varbackend

Hindistanda istilik elektrik stansiyasında partlayış: ölənlər və yaralananlar var

Hindistanda istilik elektrik stansiyasında bir qazan partlayıb, ən azı dörd nəfər ölüb, 13 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı 1 iyul çərşənbə günü NDTV televiziya kanalı yayıb.

Hadisə Tamilnad ştatının cənubundakı Kuddalor dairəsində baş verib.

Bütün zərərçəkənlər xəstəxanaya aparılıb.

“Qazan işləmədi. Hadisəni araşdırırıq”. Elektrik stansiyasının nümayəndəsi deyib.

Bu, son iki ayda bu elektrik stansiyasında baş verən ikinci partlayışdır. May ayında oxşar hadisədə səkkiz işçi yanıb.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*