Hindistanda koronavirusa yoluxmada yeni rekord: dünyada 2-ci yerə çıxdıbackend

Hindistanda koronavirusa yoluxmada yeni rekord: dünyada 2-ci yerə çıxdı

Hindistanda rekord sayda yeni Covid-19 infeksiyası hadisəsi qeydə alınıb.

KONKRET.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Mənbə bildirir ki, son 24 saat ərzində 90 mindən çox yoluxma olub.

Hindistanda yoluxmuş insanların ümumi sayı hazırda 4,2 milyon nəfərdir.

Bu göstəriciyə görə, ölkə Braziliyanı keçərək ikinci yerə çıxıb, yalnız ABŞ-dan geri qalıb.

Hindistanda koronavirüsdən 71 mindən çox insan dünyasını dəyişib.

Babək Göyüş           

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*