Hindistanın cənub əyalətləri sel daşqınlarına məruz qalıb.
KONKRET.az “Əl Cəzirə”yə istinadla xəbər verir ki, ölümcül daşqınlar səbəbindən yüzlərlə insan köməksiz vəziyyətdə qalıb.
Belə ki, Hindistanın cənubundakı Tamil Nadu ştatında güclü daşqınlar baş verib, yüzlərlə insan qapalı vəziyyətdə qalıb. Azı 10 nəfərin öldüyünü bildirilir.