Hindistanda təyyarə BUNA GÖRƏ qəzaya uğrayıb – İLKİN SƏBƏBbackend

Hindistanda təyyarə BUNA GÖRƏ qəzaya uğrayıb - İLKİN SƏBƏB

Hindistanda sərnişin təyyarəsinin qəzaya uğramasının ilkin səbəbi açıqlanıb.

KONKRET.az xəbər verir ki, Əhmədabad hava limanı yaxınlığında baş vermiş qəzada “Air India” sərnişin təyyarəsinin quş sürüsü ilə toqquşması əsas səbəb kimi göstərilir.

NDTV telekanalının məlumatına görə, ekspertlər bildirirlər ki, quşlarla toqquşma təyyarənin sürətinin azalmasına səbəb olub. Qəzaya uğrayan “Boeing 787-8 Dreamliner” təyyarəsi 11 ildən artıqdır istismardadır və bu, onun kommersiya uçuşları başlayandan bəri ilk qəzadır.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*