Hindistandan neft emalı ilə bağlı VACİB ADDIMbackend

Hindistandan neft emalı ilə bağlı VACİB ADDIM

Hindistanın dövlət neft emalı zavodları iyun ayına qədər dünyanın ən uzun mayeləşdirilmiş neft-qaz kəmərini tikib istifadəyə vermək qərarına gəliblər.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, 1,3 milyard dollar dəyərində olan yeni boru kəməri yanacaq daşıyan yüzlərlə yük maşınını əvəz etmək üçün nəzərdə tutulub.

Boru kəməri ilə ildə təxminən 8,3 milyon ton maye qaz nəql olunacaq.

Qərb sahilindəki Kanaldan şimaldakı Qorakhpur şəhərinə uzanan 2800 kilometrlik boru kəməri “Indian Oil”, “Bharat Petroleum” və “Hindustan Petroleum” şirkətləri tərəfindən tikilir.

“Indian Oil” şirkətinin boru kəmərləri üzrə direktoru N.Senthil Kumar bildirib ki, birinci faza mart ayında istismara veriləcək.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*