Hindistanın Baş naziri Narendra Modi Çində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün bu ölkəyə səfər edəcək.
KONKRET.az xəbər verir ki, sammit 31 avqust və 1 sentyabr tarixlərində Tyançzin şəhərində baş tutacaq.
Bu, Modinin 2020-ci ildən bəri Çinə ilk səfəri olacaq. Həmin il Hindistan və Çin hərbçiləri arasında Qalvan dərəsində silahlı toqquşmalar baş vermişdi. Qeyd edək ki, Modi sonuncu dəfə Çini 2019-cu ildə rəsmi şəkildə ziyarət etmişdi.
Sammitin gündəliyində regional təhlükəsizlik, terrorizmlə mübarizə və ticarət-iqtisadi əməkdaşlığın inkişafı kimi məsələlər yer alır. Ekspertlər iki ölkə arasında gərginliyin azaldılması və dialoqun bərpası istiqamətində cəhdlərin də müzakirə olunacağını gözləyirlər.
Müşviq Tofiqoğlu
KONKRET.az