Hindistanın Baş naziri Narendra Modinin “YouTube” kanalının izləyici sayı rekord müəyyən edib.
KONKRET.az xəbər verir ki, hazırda Hindistanın hökumət başçısının “YouTube” kanalındakı abunəçilərinin sayı 20 milyona çatıb. Bu göstərici ilə Modi dünyada liderdir. Onun kanalı həm abunəçilərin sayına, həm də video baxışlarına görə təkcə Hindistandakı siyasi rəqiblərini deyil, həm də dünya liderlərini üstələyib. Modinin kanalındakı videolara 453 milyondan çox adam baxıb. Müqayisə üçün qeyd edək ki, Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro 6,4 milyon izləyici ilə ikinci, Ukrayna prezidenti Vladimir Zelenski isə 1,1 milyon izləyici ilə üçüncü yerdədir.
Vəli Həsənov,
KONKRET.az