“Hizbullah”ın artilleriya komandiri öldürüldübackend

“Hizbullah”ın artilleriya komandiri öldürüldü

Ötən gecə Livanın cənubuna pilotsuz uçuş aparatları ilə hava zərbəsi endirilib.

KONKRET.az Qafqazinfo-ya istinadən xəbər verir ki, zərbə nəticəsində “Hizbullah”ın artilleriya komandiri Hüseyn Əli Muzhir öldürülüb.

İsrail Müdafiə ordusunun məlumatına görə, Muzhir həm də İsrailə qarşı çoxsaylı raket hücumlarının təşkilində iştirak edib və son günlər “Hizbullah”ın artilleriya gücünü bərpa etməyə çalışıb.

Qeyd edək ki, zərbə Sidon yaxınlığındakı Əl-Babliya qəsəbəsində həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*