“Hizbullah” İsrailə 160 raket atıb – Bir gün ərzindəbackend

“Hizbullah” İsrailə 160 raket atıb - Bir gün ərzində

İsrail hərbçiləri günün əvvəlindən Livanın “Hizbullah” hərəkatının döyüşçüləri tərəfindən İsrailə 160 raketin buraxıldığını qeydə alıblar.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İMQ) məlumat yayıb.

Ordunun mətbuat xidməti bildirib ki, bu məlumatlar yerli vaxtla saat 15:00-a (Bakı vaxtı ilə 17:00) olan vəziyyətə aiddir.

İMQ “Hizbullah”dan gələn təhdidlərə qarşı İsraili və onun xalqını qorumağa davam edəcəyini vurğulayıb.

Xatırladaq ki, sentyabrın 23-də İsrail Livanda “Hizbullah” birləşmələrinə qarşı “Şimal oxları” əməliyyatına başlayıb və təşkilatın hərbi obyektlərinə kütləvi zərbələr endirir. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubunda sərhədyanı rayonlarda quru əməliyyatının keçirildiyini elan edib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*