Hizbullahın ABŞ diplomatlarına hücumu gözlənilirbackend

Hizbullahın ABŞ diplomatlarına hücumu gözlənilir

Amerika kəşfiyyatı hesab edir ki, Hizbullah şiə təşkilatının yaraqlıları ABŞ ərazisində və ya xaricdəki Amerika diplomatlarına hücumlar həyata keçirə bilər.

KONKRET.az “Politico”ya istinadən xəbər verir ki, rəsmilər İranın dəstəklədiyi silahlı qruplaşmanın Yaxın Şərqdə Amerika silahlı qüvvələrinə zərbə endirəcəyi qənaətindədirlər.

Qəzet yazır ki, ABŞ kəşfiyyatı Hizbullahla bağlı ABŞ hərbi və ya diplomatik personalına hücum ehtimalını nəzərdən keçirdiyini göstərən məlumatlar toplayır: “Bölgədə gərginlik artdıqca ABŞ ərazisinə hücum ehtimalı da çoxalır”.

ABŞ administrasiyasındakı mənbələr hansısa hücum barədə detallı məlumat açıqlamayıb. Eyni zamanda, kəşfiyyatın hesablamalarına görə, Yaxın Şərqdəki digər qruplaşmaların da oxşar imkanları yoxdur. Qəzet ABŞ ərazisinə, xaricdəki ABŞ ordusuna və ya diplomatlarına hücumu Bayden administrasiyasına zərbə kimi dəyərləndirir. Bu, həm də milli təhlükəsizlik resurslarını Çin və Rusiyaya qarşı yönəldən ABŞ-ni geri çəkilməyə məcbur edə bilər.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*