Hökumət Paşinyan üçün feyk materiallar hazırlayır – Mətbuat konfransında bülbül kimi ötəcəkbackend

Hökumət Paşinyan üçün feyk materiallar hazırlayır – Mətbuat konfransında bülbül kimi ötəcək

Ermənistanın “Past” qəzeti mənbələrinə istinadən yazır ki, Baş nazir Nikol Paşinyan növbəti mətbuat konfransı keçirəcək. Konfransda o, sayca beşinci “100 fakt”ını elan edəcək.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

Hökumətdəki mənbələrə görə, mətbuat konfransının oktyabr ayının ilk ongünlüyündə baş tutacağı ehtimalı böyükdür. İndi müvafiq əlaqələr gerçəklərin ümumiləşdirilməsi prosesi ilə məşğuldur.

Yeni “100 fakt”a, əsasən koronavirus epidemiyası zamanı “anti-epidemioloji və anti-böhran tədbirləri” çərçivəsində atılan addımlar daxil ediləcək.

Hökumətə tapşırıq verilib ki, Paşinyanın nəsə bir şey deməsi üçün müəyyən sahələrdə hansı tənzimləmə və yardım göstərildiyi ətraflı şəkildə təqdim edilməlidir.

“Yeri gəlmişkən, əldə etdiyimiz məlumata görə, oktyabr ayının əvvəlində koronavirus infeksiyası hallarının minimuma çatacağı və epidemiyanın yeni bir dalğasının başlamayacağı ilə bağlı mətbuat konfransı təşkil etmək planlaşdırılır” deyə qəzet yazır.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*