Hollandiya səmasında UNO göründü: Meteoroloji hadisə, meteorit yoxsa yad gəmi? – FOTObackend

Hollandiya səmasında UNO göründü: Meteoroloji hadisə, meteorit yoxsa yad gəmi? - FOTO

Yaşıl rəngli uçan naməlum obyekt (UNO) hollandiyalı fotoqrafın obyektivinə tuş gəlib.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, Hollandiyanın Qroningen şəhərindən olan həvəskar fotoqraf Harry Perton mənzərə çəkməkdən zövq alır. O 2015 –ci inin 19 may tarixində sevdiyi işlə məşğul olarkən  Drente və Qroningen şəhərləri arasındakı sərhəddə yerləşən Onlanden çölündəki səmada qəribə bir obyekt görüb.

Фотограф из Нидерландов заснял зелёный НЛО - TOPNews.RU

Фотограф из Нидерландов заснял зелёный НЛО

Harry bu  qeyri-adi yaşıl parıltılı görüntü ilə artıq evdə çəkdiyi şəkillərə baxarkən rastlaşıb.  Dediyinə görə çəkiliş zamanı səs-küy və titrəyiş eşidib. Lakin bunun şimşək çaxması olduğunu düşünərək əhəmiyyət verməyib. Şəkildəki qəribə obyekt fotoqrafı çaş-baş salıb. İndi o fikirləşir – Görəsən bu bir meteoroloji hadisə, meteorit yaxud yad gəmi idi?

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*