Hollandiya və Almaniya daşqınlardan əziyyət çəkirbackend

Hollandiya və Almaniya daşqınlardan əziyyət çəkir

Hollandiyanın şərq hissəsində güclü yağışlar nəticəsində Reyn çayının suyunun səviyyəsi qalxıb.

KONKRET.az xəbər verir ki, bir sıra ərazilər, o cümlədən kənd təsərrüfatı sahələri su altında qalıb.

Sinoptiklər xəbərdarlıq edir ki, vəziyyət daha da pisləşə bilər. Fermerlər pis hava şəraitinin kartof və şəkər çuğundurunun yığımına mənfi təsir göstərəcəyindən ehtiyat edirlər. Güclü yağışlar qonşu Almaniyaya da ziyan vurub. Ölkənin şimalında su basmış ərazilərdə vəziyyət gərgin olaraq qalır, baxmayaraq ki, meteoroloqlar ən pis vəziyyətin arxada qaldığını deyirlər. Bir sıra rayonlarda yüzlərlə insan təxliyə edilib. Bremendən bir qədər aralıda Vezer çayı daşıb. Çayın eni bəzi yerlərdə bir kilometrə çatıb. Şəhər kənarındakı evləri və təsərrüfatları su basıb. Pis hava şəraiti Norveçdə də həyatı iflic edib. Əlverişsiz hava şəraiti nəticəsində yollar buz bağlayaıb. Ekstratropik siklonun Şimal dənizi üzərindən şərqə doğru irəliləyərək bazar günü səhər Skandinaviyanın cənubuna çatacağı proqnozlaşdırılır.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*