Honkonqda yüksək patogenli quş qripi virusu tapıldıbackend

Honkonqda yüksək patogenli quş qripi virusu tapıldı

Honkonqda ilk dəfə yüksək patogenli H5N8 quş qripi virusu aşkar olunub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki,  mütəxəssislər virusun köçəri quşlar tərəfindən gətirildiyini ehtimal edirlər. Belə ki, virus məhz Çinin materik hissəsi ilə həmsərhəd olan “May Po” qoruğu ərazisində qışlayan köçəri quşların nəcis nümunələrində tapılıb.

Qeyd edək ki, 1997-ci ildən bəri Honkonqda dəfələrlə quş qripi epidemiyası baş verib. Lakin H5N8 virusunun yeni ştammı ilk dəfədir ki, bu ərazilərdə aşkar olunub.

Növbəti epidemiyanın qarşısını almaq məqsədilə yerli hakimiyyət orqanları quş ətinin satıldığı bazarlara nəzarəti gücləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*