Hoxikyan: “Nikol milləti beyinsiz kütləyə çevirməyə çalışır”backend

Hoxikyan: "Nikol milləti beyinsiz kütləyə çevirməyə çalışır"

“Nikol Paşinyanın rəhbərliyi ilə erməni xalqına qarşı növbəti ideoloji təxribat həyata keçirilir. Yeni il mesajında o, bu dəfə Vətəni dərk etmək baxımından erməni xalqına qarşı yeni bir bomba atdı”.

KONKRET.az xəbər verir ki, bu barədə media eksperti Nairi Hoxikyan yazır.

Yerkir.am nəşrinə istinadən erməni dilindən tərcümədə sitat gətiririk:

“Vətən dövlətdir” tezisi Nikolun insanları Vətənimizin dövlətimizin bir hissəsi olduğuna inandırmağa çalışdığı yeni bir üsuldur. Nikola görə, nə Qarabağ, nə Naxçıvan, nə də Qərbi Ermənistan vətən deyil. Bununla Nikol milləti beyinsiz kütləyə çevirməyə çalışır, ermənilərin gələcəyə baxışını, arzularını, hədəflərini öldürmək istəyir.

Ermənilər yaxşı bilirlər ki, Vətən təkcə dövlət deyil, çünki dövlət Vətənin bir hissəsidir, Vətən isə daha böyük ərazidir və milləti irəliyə baxmağa, məqsəd və istəklərə, arzulara sövq edən böyük ideyadır.

Bu gün Ermənistan Respublikası Vətənimizin 1/10 hissəsidir və VƏTƏN əslində təkcə Ermənistan Respublikası deyil, həm də Dağlıq Qarabağ, Şimali Qarabağ, Naxçıvan, Muş, Sasun, Qars, Alaşkert və bütün Qərbi Ermənistandır.

Nikol sabah və ya o biri gün öləcək və onun məzarı olmayacaq, amma VƏTƏN həmişəlik qalacaq!”.

Hazırladı: Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*