“Hraparak”: “Ermənistan niyə Azərbaycan xalqının maraqlarını nəzərə almalıdır?”backend

"Hraparak": "Ermənistan niyə Azərbaycan xalqının maraqlarını nəzərə almalıdır?"

KONKRET.az “Hraparak” qəzetinə istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyan ikinci Paris Sülh Konfransında tematik bir müzakirədə iştirak edib, burada sovet dövründən bəri Qarabağ münaqişəsinin tarixini təqdim edib və yekunlaşdırıb:

“İşlədiyim dövrün əvvəlində bildirdim ki, Dağlıq Qarabağ münaqişəsinin istənilən həlli Azərbaycan, Dağlıq Qarabağ və Ermənistan xalqları üçün məqbul olmalıdır. Mən Ermənistanın ilk lideri kimi demişəm ki, Dağlıq Qarabağ münaqişəsinin istənilən həlli Azərbaycan xalqı üçün məqbul olmalıdır”.

“Hraparak” qəzeti isə yazır: “Ölkəmizin müxalifəti soruşur: Ermənistan niyə Azərbaycan xalqının maraqlarını düşünməlidir?”. Qəzet yazır ki, əslində Paşinyan bu bəyanatla avantüraya yol verib. Münaqişənin həlli onun təklif etdiyi prinsiplərlə uyğun gəlmir. Azərbaycanın maraqları dedikdə burada müxtəlif aspektlər öz əksini tapır. Ən mühümü isə ərazi bütövlüyüdür. Azərbaycan xalqı hesab edir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və münaqişənin həlli bu amil nəzərə alınmaqla həll edilə bilər. Digər tərəfdən, Dağlıq Qarabağa hər hansı bir status Azərbaycanın ərazi bütövlüyü çərçivəsində verilməlidir. Göründüyü kimi, Paşinyan belə prinsiplə danışıqların mahiyyətini azdırır və bu danışıqlarda yalnız Ermənistanın maraqları əsas motiv kimi göstərilməli olduğu halda Baş nazir boş bəyanatlar verməklə diqqəti özündə saxlamağa çalışır. Paşinyan ya özünü axmaq hesab edir, ya da belə bir təəssürat yaradır ki, o Azərbaycan xalqının maraqları dedikdə Qarabağ xalqını da o çərçivədə görür və beləliklə danışıqlarda zəif mövqe nümayiş etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*