“Hulusi Akarın və ordu generalı Yaşar Gülerin Bakıya gəlişi dünyaya mesajdır” – DEPUTATDAN AÇIQLAMAbackend

"Hulusi Akarın və ordu generalı Yaşar Gülerin Bakıya gəlişi dünyaya mesajdır" - DEPUTATDAN AÇIQLAMA

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər avqustun 12-də axşam saatlarında Azərbaycana səfərə gəlib.

Mövzu ilə bağlı deputat Vüqar İskəndərov KONKRET.aza açıqlama verib.

Onun sözlərinə görə, yüksək rütbəli zabitlərin ölkəmizə gəlməsində əsas məqsəd hazırda davam edən Azərbaycan-Türkiyə hərbi təlimlərini izləməkdir:

“Cənab prezidentin söylədiyi kimi hər dəfə biz göstəririk ki, dünyada Azərbaycan-Türkiyə kimi bir-birinə bu qədər yaxın olan ikinci bir dövlət yoxdur. Ordu rəhbərlərinin ölkəmizə səfərə gəlməsi iki ölkə arasında bütün sahələrdə strateji əməkdaşlığın, dostluq, qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olduğunu göstərir. Biz bir millət, iki dövlət şüarının doğru deyildiyinin bir daha şahidi oluruq. Türkiyənin hər zaman bizim, Azərbaycanın isə Türkiyənin yanında olduğunu görürük. İki ölkə başçısının görüşlərində bunu biz daim hiss edirik”.

Deputat iki dövlət arasındakı münasibətin dostluq və qardaşlıq üzərində qurulduğunu deyib:

“Bu, həm də dünyaya mesajdır. Türkiyə göstərir ki, hər zaman Azərbaycanın yanındadır. Biz Azərbaycan olaraq Türkiyənin iştirak etmədiyi beynəlxalq tədbirlərdə onun yanında olduğumuzu göstərmişik. Hər hansı problem olarsa, orada Türkiyənin mənafeyini müdafiə edirik. Bütün bunlar onu göstərir ki, bu dostluq münasibətləri tək sözdə deyil, həm də əməldədir. Biz əminik ki, bu əməkdaşlıq və qardaşlıq münasibətləri daimi olacaq”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*