Yəməndəki husilərin liderlərindən biri, Məhəmməd əl-Buhayti sosial şəbəkə X üzərindən yayımladığı bəyanatda bildirib ki, ABŞ, İran və İsrail arasında əldə olunmuş mümkün atəşkəs razılaşması husilərə aid deyil.
“ABŞ-ın sionist quruluş və İranla əldə etdiyi razılaşma yalnız bir şeyi sübut edir – sionistlər yalnız gücü anlayırlar. Bu razılaşmanın bizimlə heç bir əlaqəsi yoxdur və biz sionistlərə qarşı hücumları davam etdirəcəyik. Ta ki, onların Qəzza zolağında fələstinlilərə qarşı təcavüzü bitənə qədər,” – deyə əl-Buhayti qeyd edib.
KONKRET.az xəbər verir ki, İsrail tərəfi hələlik bu bəyanata münasibət bildirməyib. Bu barədə məlumatı İsrail mətbuatı yayıb.
Natiq Səlim,
KONKRET.az