Husilər ABŞ-nin 30 milyon dəyərində olan “MQ-9 Reaper” dronunu vurdubackend

Husilər ABŞ-nin 30 milyon dəyərində olan “MQ-9 Reaper” dronunu vurdu

Yəmənin Ənsar Allah hərəkatının husiləri Yəmən üzərində Amerikanın 13-cü “MQ-9 Reaper” İHA-nı vurub.

KONKRET.azƏl Məsirə” agentliyinə istinadən xəbər verir ki, Yəmən Silahlı Qüvvələri verdiyi açıqlamada pilotsuz təyyarənin Bayda bölgəsində yer-hava raketi ilə vurulduğunu təsdiqləyib. Təxminən 30 milyon dollar dəyərində olan “MQ-9 Reaper” yüksək dəqiqlikli kameralara, 360 dərəcə radar sisteminə, müşahidə və hədəf zərbələri endirmək qabiliyyətinə malik texnoloji cəhətdən inkişaf etmiş drondur. O, 45.000 fut yüksəkliyə qədər qalxır və 40 saata qədər havada qala bilir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*