Husilər İsrailin Müdafiə Nazirliyinin binasına zərbə endirdibackend

Husilər İsrailin Müdafiə Nazirliyinin binasına zərbə endirdi

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının üzvləri ballistik raketlə İsrailin Təl-Əvivdə yerləşən Müdafiə Nazirliyinin binasına hücum edib.

KONKRET.az xəbər verir ki, bu açıqlama ilə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya çıxış edib.

“Artilleriya qüvvələri Yaffa bölgəsində (Təl-Əviv) İsrailin müdafiə nazirliyinə “Zülfikar” ballistik raketi ilə zərbələr endirib”, – deyə Səriyə bildirib.

Husilərin nəzarətində olan “Al Masirah” telekanalının verdiyi məlumata görə, raket hədəfi yüksək dəqiqliklə vurub və İsrailin hava hücumundan müdafiə sistemləri onu saxlaya bilməyib.

İsrail ordusunun mətbuat xidməti isə bu gün gün ərzində Yəməndən atılan iki raketi ələ keçirdiyini açıqlayıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*