Huşunu itirən azərbaycanlı avtobusun altında qaldı – ANBAAN VİDEObackend

Huşunu itirən azərbaycanlı avtobusun altında qaldı - ANBAAN VİDEO

İstanbulun Küçükçekmece rayonunda bədbəxt hadisə baş verib.

KONKRET.az Milli.Az-a istinadla xəbər verir ki, səki ilə gedən Azərbaycan vətəndaşı qəfil özünü pis hiss edərək yola yıxılıb və həmin an hərəkətdə olan servis mikroavtobusu onun üzərindən keçib.

Hadisə saniyəbəsaniyə yaxınlıqdakı təhlükəsizlik kamerasına düşüb.

Faciəvi hadisə Namık Kamal küçəsində, Kartaltəpə məhəlləsində qeydə alınıb.

Hadisə yerinə dərhal sağlamlıq və polis qrupları çağırılıb. Tibbi müayinədən sonra piyadanın həyatını itirdiyi təsdiqlənib. Servis sürücüsü ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb. Prokurorluq və polis qrupları hadisə yerində araşdırmalara başlayıb, şəxsin cəsədi isə morqa təhvil verilib.

Ölən şəxsin kimliyi hələlik rəsmi olaraq açıqlanmayıb. İstintaq davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*