I ixtisas qrupunda informatika fənni üzrə YENİLİKbackend

I ixtisas qrupunda informatika fənni üzrə YENİLİK

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-cü ildə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin informatika yönümlü ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

DİM-dən KONKRET.az-a verilən məlumata görə, mərkəz tərəfindən yaradılmış işçi qrupu informatika fənni üzrə kurikulumun təlim nəticələrinin tələblərinə uyğun qəbul proqramını hazırlayıb.

Proqrama ümumtəhsil müəssisələrinin V-XI sinif dərsliklərində məzmun standartlarının reallaşdırılması üçün verilmiş mövzular daxil edilib.

2023-cü ildə informatika fənni üzrə imtahan vermək istəyən abituriyentlər bu proqram əsasında imtahana hazırlaşa bilərlər.

Qəbul proqramı ilə verilmiş keçidlərdən (Azərbaycan və rus dillərində) tanış olmaq mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*