İbrahim Məmmədovdan toyların keçirilməsi ilə bağlı eksklüziv AÇIQLAMAbackend

İbrahim Məmmədovdan toyların keçirilməsi ilə bağlı eksklüziv AÇIQLAMA

Xəbər verdiyimiz kimi, sentyabr ayının 1-dən etibarən Azərbaycanda toy məclislərinin təşkilinə icazə verilə bilər. Bu isə ölkə üzrə koronavirusa yoluxanların sayından asılı olacaq. Yoluxmalarda kəskin azalma olacağı təqdirdə müəyyən qaydalara əməl edilməklə şənliklər baş tuta bilər.

Mövzu ilə bağlı KONKRET.az-a danışan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, ölkə ərazisində sərt karantin rejimi avqustun 31-nə kimi uzadılıb:

“Hazırda toyların və yasların keçirilməsinə qoyulan qadağa davam edir. Sentyabrın 1-dən sonra toyların keçiriləcəyinə icazə veriləcəyi ilə bağlı yayılan məlumatlardan xəbərsizəm. Hələlik bu barədə heç bir qərar yoxdur”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*