İbrahim Qalın Rusiyanın Suriya üzrə xüsusi təmsilçisi ilə görüşdübackend

İbrahim Qalın Rusiyanın Suriya üzrə xüsusi təmsilçisi ilə görüşdü

Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın Rusiyanın Suriya üzrə xüsusi təmsilçisi Aleksandr Lavrentyevi qəbul edib.

KONKRET.AZ xəbər verir ki, apa-nın yerli bürosunun Türkiyə prezidentinin mətbuat katibliyinə istinadən verdiyi xəbərə görə, İbrahim Qalın Rusiya nümayəndə heyəti ilə görüşdə “Barış bulağı” əməliyyatını, İdlib və Menbiç strateji mövzularını müzakirə edib. PYD/PKK/YPG və İŞİD daxil, bütün terror təşkilatlarının Suriyanın ərazi bütövlüyü üçün yaratdığı təhlükə və Suriya məsələsində Türkiyə-Rusiya əməkdaşlığının davam etməsindən bəhs olunub.

Görüşdə, həmçinin Suriya konstitusiyasına dair yeni proseslər də analiz edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*