İbrahimoviç yaşıl meydana qayıtdıbackend

İbrahimoviç yaşıl meydana qayıtdı

“Milan”ın zədəli futbolçusu Zlatan İbrahimoviç sağalıb.

KONKRET.az xəbər verir ki, 39 yaşlı hücumçu “qırmızı-qaralar”ın son məşqində komanda ilə birlikdə çalışıb.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Zlatan yeni sağaldığı üçün “Milan”ın A Seriyasının 17-ci turu çərçivəsində “Torino” ilə qarşılaşacağı oyunda iştirak etməyəcək.

Görüş bu gün saat 23:45-də start götürəcək.

İbrahimoviç “Milan”la sonuncu dəfə ötən il noyabrın 22-də oyuna çıxıb. İsveçli hücumçu bu mövsüm A Seriyasında 6 matçda 10 qol vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*