İbtidai siniflərə pulsuz yemək VERİLƏCƏKbackend

İbtidai siniflərə pulsuz yemək VERİLƏCƏK

Qazaxıstanda 2023-cü il sentyabrın 1-dən ibtidai sinif şagirdləri pulsuz yeməklə təmin olunacaq.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyi məlumat yayıb.

“Dövlət başçısının sərəncamı ilə bu il sentyabrın 1-dən aztəminatlı ailələrdən olan 1,5 milyondan çox tələbənin, habelə sosial vəziyyətindən asılı olmayaraq ibtidai sinif şagirdlərinin pulsuz qidalanmasının təşkili nəzərdə tutulur”, – deyə nazirliyin Uşaq Hüquqlarını Müdafiə Komitəsindən bildirilib.

Agentliyin məlumatına görə, respublikada pulsuz yeməyin qiyməti orta hesabla 577 tenge, maksimum qiymət isə Almatı şəhərində (800 tenge) nəzərdə tutulub.

“Əvvəlki illərdə 1-4-cü sinif şagirdlərinin pulsuz yeməklə təminatı 56,6 faiz təşkil edirdi. Bunlar Astana, Almatı, Çimkent şəhərləri, Pavlodar, Qərbi Qazaxıstan, Qaraqanda, Ulıtau, Qızılorda və Atırau vilayətlərinin məktəbliləridir. Prezidentin tapşırığı ilə qalan rayonlarda da şagirdlərin pulsuz qidalanması ilə bağlı işlər görülüb və yeni tədris ilindən bu göstərici 100 faizə çatdırılacaq”, – Uşaq Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Dana Maktaeva deyib.

Qeyd olunub ki, nazirlik yeməklərin keyfiyyətinin yaxşılaşdırılması məsələsi üzərində işləyir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*